Türkiyənin energetika naziri Azərbaycana səfər edəcək

  • 12:38 - 15 Fevral
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycana səfər edəcək. Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər. F.Dönməz fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlər toplantısında iştirak edəcək. Qeyd olunur ki, naziri səfər zamanı geniş nümayəndə heyəti müşayiət edəcək.

Oxunma sayı: 9427

Oxşar yazılar