Ərdoğan Soçiyə gəldi – Putin və Ruhani ilə görüşəcək (Foto)

  • 14:43 - 14 Fevral
Türkiyə prezidenti Ərdoğan Soçidə keçiriləcək Suriya üzrə Dördüncü Üçtərəfli Sammitdə iştirak üçün Rusiyaya gəlib. Avropa.info xəbər verir ki, Ərdoğan və xanımını Soçi aeroportunda Soçi meri Anatoli Pokomov və Dövlət Protokol müdiri İqor Boqdanov və Türkiyənin Moskva səfiri Mehmet Samsar, Novorossiysk baş konsulu Yunus Əmrə Öziğçi və digər səlahiyyətli şəxslər qarşılayıb. Ərdoğanı Rusiya səfərində arvadı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, maliyyə naziri Berat Albayrak, MİT sədri Hakan Fidan, nəqliyyat naziri Fəxrəddin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın və müdafiə naziri İsmayıl Dəmir müşayiət edir. Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Sammitdə Suriya münaqişəsinə həlledici həll yolunun tapılması və Astana prosesi boyu görülmüş birgə səylər gözdən keçiriləcək. Türkiyə prezidentli rusiyalı və iranlı həmkarı ilə görüşləri zamanı regional problemlər də müzakirə olunacaq.

Oxunma sayı: 6875

Oxşar yazılar