Venesuela dövlət neft-qaz şirkətinin Bolqarıstandakı hesabları dondurulub

  • 22:04 - 13 Fevral
Venesuelanın PDVSA ("Petroleos de Venezuela") dövlət neft-qaz şirkətinin Bolqarıstan banklarındakı hesabları dondurulub. Bu barədə Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarov ABŞ-ın bu ölkədəki səfiri Erik Rubinlə keçirdiyi birgə mətbuat konfransında məlumat verib. O, həmin hesablara vəsait köçürmələri barədə Vaşinqtondan məlumat aldıqlarını, hesablardakı vəsaitlərin bir hissəsinin artıq başqa ölkələrə transfer olunduğunu diqqətə çatdırıb. Aparılan hərtərəfli yoxlamalara əsasən, PDVSA-nın hesablarından köçürülən vəsaitlərin yuyulması barədə cinayət işi başlayıb-başlamaq barədə qərar veriləcəyi, hələliksə qalan vəsaitlərin başqa yerə köçürülməməsi üçün tədbir görüldüyü açıqlanıb. Bolqarıstan Milli Dövlət Təhlükəsizliyi Agentliyinin rəhbəri Dimitar Georgiyevsöhbətin milyonlarla avrodan getdiyini qeyd edib.

Oxunma sayı: 5412

Oxşar yazılar