İranda hərbçilərə bombalı hücum - ölənlərin sayı 41-ə çatıb (YENİLƏNİB)

  • 23:12 - 13 Fevral
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun (İİKK) hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. "Ölənlərin sayı İİKK üzvləri və dinc sakinlər də daxil olmaqla 41-ə çatıb", - deyə məlumatda bildirilir. *** İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 20 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Avropa.info xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub. Hadisə yerinə gələn yanğınsöndürənlər və təcili tibbi yardım işçiləri partlama nəticəsində yanan avtobusdan cəsədləri çıxarıblar. Bəzi cəsədlər tanınmaz hala düşüb. Hazırda təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Oxunma sayı: 4576

Oxşar yazılar