Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi – Şenol Günəşlə danışıqlar başladı

  • 17:24 - 11 Fevral
 Türkiyə milli komandasının baş məşqçisi olan Mirça Luçesku istefaya göndərilib. Avropa.info xəbər verir ki, Türkiyə Futbol Federasiyası baş məşqçi ilə yollarını bu gün ayırıb. Türkiyə Futbol Federasiyası (TFF) və rumıniyalı mütəxəssis qarşılıqlı razılaşma ilə müqaviləyə xitam veriblər. TFF hər il 2,5 milyon avro maaş alan baş məşqçiyə təzminat ödəməyəcək, ona yalnız 4 aylıq əməkhaqqı ödəniləcək. Luceskudan sonra milli komandanın baş məşqçisi vəzifəsinə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin gətiriləcəyi gözlənilir.

Oxunma sayı: 3267

Oxşar yazılar