Sərnişin təyyarəsini qaçırmağa cəhd edən şəxs

  • 16:36 - 11 Fevral

Surqut-Moskva reysi üzrə uçan təyyarəni qaçırmağa cəhd etməkdə ittiham olunan şəxs “itib”. 

Avropa.info xəbər verir ki, bunu “itkin düşən” ittiham olunan Pavel Şapovalovun vəkili Yevgeniy Jerdev deyib. 

Vəkil bildrib ki, onun müdafiə etdiyi şəxsin harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. 

Vəkili ehtimal edir ki, müdafiə etdiyi şəxs Tümendəki İstintaq təcridxanasına göndərilib: 

“Amma o oradan məhkəmə-psixiatr ekspertizasından keçmək üçün Yekatrenburqa etap olunmalı idi. Ancaq onun harada olduğunu bilmirik və bu barədə ona heç bir məlumat verilməyib”. 

Xatırladaq ki, yanvarın 22-də Pavel Şapovalov pilotdan Surqutdan Moskvaya uçan təyyarəni Əfqanıstana uçmasını tələb edib. Pilot isə yanacaqdoldurma adı altında təyyarənı Xantı-Mansiysk hava limanına endirməyə nail olub və həmin şəxs saxlanılıb. 


Oxunma sayı: 22429

Oxşar yazılar