Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri sürətləndirilib

  • 18:18 - 09 Fevral
Türkiyədə martın 31-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işləri sürətləndirilib. Namizədlərin qeydə alınmasından sonra seçki prosesinin ən qızğın mərhələsi başlanacaq. Avropa.info xəbər verir ki, Ali Seçki Komissiyasının (YSK) qərarına görə, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (MTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiyası (DSP), Xalqların Demokratik Partiyası (HDP), İYİ Partiya, Milliyyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Türkiyə Kommunist Partiyası (TKP) və Vətən Partiyası olmaqla, 12 siyasi qurum seçkilərdə iştirak edəcək. Fevralın 19-da namizədlərin qeydə alınması prosesi başa çatacaq. Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdən olan Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”nda birləşərək seçkiyə daxil olublar.

Oxunma sayı: 8481

Oxşar yazılar