Fransada “sarı jiletlər” aksiyasının 13-cü aktı başlayıb
20:55 - 09 Fevral
Fransada “sarı jiletlər” etiraz aksiyasının 13-cü aktı başlayıb.
Avropa.info xəbər verir ki, artıq 13-cü həftədir etiraz nümayişinə çıxan aksiyaçılar bu gün Parisin Yelisey çölləri prospektində “Ulduz” meydanına toplaşırlar. Nümayişçilər Zəfər Tağı qarşısında toplaşacaqlar və saat 12-də Eyfel qülləsi qarşısındakı Mars çölləri bağına qədər yürüş edəcəklər. Onlar prezident Emmanüel Makronun istefasını və V Respublikanın buraxılmasını tələb edirlər. Nümayişçilər sosial şəbəkələr vasitəsilə axsam saat 17:00-dan sonra Respublika meydanında 3-cü “sarı gecə” aktına dəvət olunurlar.
Qeyd edək ki, ötən həftə Fransanın Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) və “sarı jiletlər” etiraz aksiyaçıları birlikdə aksiya keçiriblər.