Bu ilin əvvəlindən Ukrayna sularında 30 nəfər boğulub

  • 21:30 - 09 Fevral
Bu ilin əvvəlindən Ukrayna sularında 30 nəfər boğulub. Bu barədə  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. “Temperatur buzun donması üçün təhlükəli olduğu halda bizim çağırışlarımıza baxmayaraq, vətəndaşlar donmuş göllərin üzərində gəzməyə üstünlük verirlər. Nəticədə həyatlarını təhlükəyə atırlar. Əhali hidrometeoroloji vəziyyəti nəzərə almalıdır”, - deyə dövlət xidmətindən bildiriblər. Qeyd edək ki, 2018-ci ildə Ukrayna sularında 1000-ə yaxın insan boğulub.

Oxunma sayı: 8778

Oxşar yazılar