Millimiz yeni baş məşqçisinə qovuşur – Artıq Bakıdadır

  • 14:00 - 09 Fevral

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib. 

Avropa.info xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək. 

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin "Zaqreb" klubunda başlayan Yurçeviç daha sonra Zaqreb "Dinamo"su, Avstriyanın "Austriya" və Xorvatiyanın "Slaven Belupo" komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb "Dinamo"sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.


Oxunma sayı: 21549

Oxşar yazılar