Prezident İlham Əliyev İsmayıllı rayonunda yol tikintisinə 3,8 milyon manat ayırıb

  • 18:20 - 08 Fevral
Prezident İlham Əliyev fevralın 8-də “İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Avropa.info xəbər verir ki, üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Oxunma sayı: 11737

Oxşar yazılar