İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasında maraqlıdır

  • 12:41 - 08 Fevral
"Azərbaycanla İran arasında hərbi əlaqələr yüksək səviyyədədir". Avropa.info xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. “İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycana rəsmi səfəri bunun bariz göstəricisidir. Çünki M.Baqeri hər ölkəyə səfər edən şəxslərdən deyil. O indiyədək Rusiya, Türkiyə, Pakistan və Azərbaycana səfər edib. Bunu iki ölkə arasında hərbi sahədəki münasibətlərin hansı səviyyədə olduğunun göstəricisi kimi qiymətləndirmək olar”, - iranlı diplomat bildirib. Diplomat əlavə edib ki, Azərbaycanla İran arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir və iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün böyük potensiallar mövcuddur. Dağlıq Qarabağ məsələsinə toxunan səfir bir daha bəyan edib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Diplomat Qarabağ münaqişəsinin həlli ilə bağlı üzrə Azərbaycan və Ermənistan dövlət başçılarının, XİN rəhbərlərinin davamlı görüşünü təqdir edəərk bildirib ki, bu görüşlər münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verəcək. “Belə görüşlər nə qədər çox olarsa. Sülhün əldə olunması imkanlarını daha da atrırar. Ona görə də Tehran belə görüşlərin keçirilməsini əhəmiyyətli sayır”, - səfir bildirib. Diplomat əlavə edib ki, ATƏT-in Minsk qrupu bu məsələnin nizamlanmasında vasitəçilik edir: “Amma iki ölkə öz aralarında razılığa gəlməlidir. Bu, çox köhnə yaradır, uzun müddətdir münaqişə davam edir. Biz regionda, dünyada belə hadisələrin baş verməməsini istəyirik. Xüsusilə, öz qardaşımız, dostumuz Azərbaycana bu problemin tezliklə həllini, heç bir çətinliklə qarşılaşmamasını arzulayırıq”. Mürtəza Avropa.info

Oxunma sayı: 3861

Oxşar yazılar