AĞ Partiya rəsmisi ABŞ səfirinin müşaviri ilə görüşüb

  • 12:18 - 07 Fevral
AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli fevralın 6 ABŞ səfirliyinin Siyasi İşlər üzrə müşaviri Uilyam Solleylə görüşüb. Görüş səfirliyinin dəvəti ilə baş tutub. Avropa.info xəbər verir ki, bu barədə AĞ Partyanın mətbuat xidməti məlumat yayıb. Görüşdə AĞ Partiyanın fəaliyyəti, gördüyü işlər haqqında maraqlanılıb. Eyni zamanda, partiyanın siyasi ideoloji xətti və bunun ölkəyə təsiri haqqında söhbət edilib. AĞ Partiyanın beynəlxalq siyasi vizionu haqqında soruşulub. Görüşdə AĞ Partiyanın tərkibi və daxili siyasətə baxışı haqqında da fikir mübadiləsi aparılıb. İqtidar-müxalifət münasibətlərində AĞ Partiyanın yanaşması öyrənilib. Görüş bir saatdan çox çəkib.

Oxunma sayı: 4367

Oxşar yazılar