Türkiyədə Ədliyyə binasına qaz sızması nəticəsində 54 nəfər zəhərlənib

  • 19:01 - 04 Fevral
Türkiyənin Balıkəsir şəhərinin Ədliyyə Sarayının binasında baş vermiş qaz sızması nəticəsində 54 nəfər zəhərlənib. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Avropa.info xəbər verir ki, bölgəyə xilasedici və təcili yardım briqadaları cəlb edilib. Zərərçəkənlər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdiriliblər. Binadakı insanlar təxliyə olunublar. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxunma sayı: 4950

Oxşar yazılar