Salvadorda fələstinli prezident seçildi

  • 16:32 - 04 Fevral

Fələstinkökənli Nayib Bukelə Mərkəzi Amerka ölkəsi olan Salvadorun prezidenti seçilib. 

Avropa.info xəbər verir ki, Salvadorda prezident kürsüsü uğrunda 4 namizəd mübarizə aparıb. 

Seçkidə “Beynəlxalq Birlik üçün böyük İttifaq” koalisiyasının namizədi Naib Bukelə səslərin 54 faizini qazanaraq, prezident seçilib. 

Nayib Bukelənin əsli fələstinlidir. Onlar 20-ci əsrin əvvəlində Cənubi Amerikaya köç ediblər. Atası müsəlman iş adamı olub. Nayib Bukelə isə 1981-ci ildə Salvadorda anadan olub. Yeniyetmə vaxtlarından bzines quran N. Bukelə dünyanın tanınmış firma maşınlarını satmaqla məşğul olub. 2010-cu ildən sonra siyasətə baş vuran N.Bukelə 2012-ci ildə ölkənin cənubundakı Nuevo Cuscatlan bələdiyyəsinin sədri, daha sonra isə 2015-ci ildə ölkənin paytaxtı San-Salvadorun bələdiyyə sədri seçilib. 


Oxunma sayı: 21615

Oxşar yazılar