La Liqa: Lionel Messi “Barselona”nı məğlubiyyətdən xilas edib
11:48 - 03 Fevral
İspaniya La Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.
Avropa.info xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” doğma azarkeşlər önündə "Valensiya" komandasını qəbul edib. Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb. Katalonya təmsilçisi hesabda 2:0 geridə olsa da, komandanın lideri Lionel Messi ardıcıl iki dəfə fərqlənərək “Barselona”nı məğlubiyyətdən xilas edib. Buna baxmayaraq “Barselona” 50 xalla turnir cədvəlinin lideri kimi qalır, “Valensiya” isə 30 xalla 7-ci yerdə qərarlaşıb.
Turun ilk günündə növbəti oyunlar keçirilib:
“Hueska” – “Real Valladolid” - 4:0;
“Levante” – “Xetafe” - 0:0;
“Real Sosyedad” – “Atletik Bilbao” - 2:1;
“Selta Viqo” – “Sevilya” - 1:0.