"Neftçi"nin yeni hücumçusuna verəcəyi maaş müəyyənləşdi

  • 13:41 - 02 Fevral
"Neftçi"nin İtaliyanın C seriyasından - "Novara"dan transfer etdiyi Canluka Sensone klubun ən ödənişli futbolçusu olacaq. Avropa.info xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, 2 illik müqavilə bağlamağa hazırlaşan forvard aylıq 25 min dollar məvacibə oynayacaq. Bundan başqa, "Neftçi" çempion olacağı halda Sensone əlavə paralar da qazanacaq. Vurduğu hər qola görə də sponsoru SOCAR olan klubdan ayrıca məbləğ istəyən hücumçunun nə ilə yadda qalacağı böyük maraq doğurur.

Oxunma sayı: 5962

Oxşar yazılar