Azərbaycana yeni metro vaqonları gətiriləcək

  • 18:09 - 31 Yanvar
“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin (SC) tərkib hissəsi olan “Metrovaqonmaş” SC arasında bu il ərzində Bakıya “81-765.B/766.B” tipli 30 metro vaqonundan ibarət 6 qatarın çatdırılmasına dair müqavilə imzalanıb. Həmin vaqonların birinci dəstəsinin cari ilin ikinci rübündə gətirilməsi nəzərdə tutulur. Qeyd edək ki, sözügedən vaqonlar əvvəlki modellərə nisbətən daha geniş qapılara, qapıların açılıb-bağlanmasının yeni tipli işıqlı xəbərdarlıq sisteminə malikdir. Bundan əlavə, Bakı üçün istehsal olunacaq vaqonlarda xüsusi rəngli qrafika hazırlanacaq.

Oxunma sayı: 13167

Oxşar yazılar