Necati Şaşmaz arvadından 10 milyon təzminat istəyir

  • 31 Yan - 2019
Məşhur "Kurtlar vadisi" serialındakı Polad Ələmdar obrazının canlandıran aktyor Necati Şaşmazın xanımından boşanmasının detalları bəlli olub Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanma ilə bağlı məhkəməyə müraciət edib. Aktyor 10 milyon lirə təzminat ilə iki uşağının ona verilməsini tələb edib. Avropa.info xəbər verir ki, Necati Şaşmaz 7 illik həyat yoldaşı və iki uşağının anası Nagehan Şaşmazdan boşanmaq üçün Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi boşanma ərizəsində Nagehan İlin xoşagəlməz hərəkətləri nəticəsində ailə durumunun kökündən sarsıldığını irəli sürüb. Bu səbəbdən də Necati Şaşmaz cütlüyün ayrılmalarını, uşaqların qəyyumluğunu tələb edib. N. Şaşmazın vəkili məhkəmədən yazdığı ərizədə müdafiə etdiyi şəxsin məruz qaldığı mənəvi ziyanın yüngülləşdirilməsi üçün 5 milyon lirə mənəvi, 5 milyon lirə də maddi təzminat verilməsi barədə qərar çıxarılmasını tələb edib. Avropa.info

Oxunma sayı: 1232

Oxşar yazılar