Azərbaycanda ləğv olunan Dövlət Agentliyinin rəhbəri kabinetindən çıxmaq istəmir - Sərəncamsız keçmiş rəis işçiləri hədələyir...

  • 31 Yan - 2019
Ölkə başçısı İlham Əliyev dövlət qurumlarında idarəetmənin optimllaşdırılması və səmərəli fəaliyyətinin təmin edilməsi ilə bağlı davamlı olaraq islahatlar həyata keçirməkdədir. Azərbaycan Prezidentinin ölkədə idarəetmənin effektivliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi struktur islahatları nəticəsində bir sıra nazirlik, agentliklər ləğv olunub. Avropa.info xəbər verir ki, ölkə başçısının sərəncamı ilə ləğv olunan dövlət qurumlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyidir. Ləğv olunan agentlik və onun strukturları olan Dövlət Aerogeodeziya və Bakı kartoqrafiya fabriki, eyni zamanda, orada çalışan işçilər ETSN mərkəzi icra aparatına tabe edilib. Elə əsl problem də bundan sonra başlayıb. Agentlik ləğv edildiyindən qurumun rəhbəri Nazim İsmayılov da tutduğu vəzifədən avtomatik azad olunmuş hesab olunur. Nazim İsmayılov vəzifədən azad olunmasına baxmayaraq, işçiləri gözümçıxdıya salaraq, onlara işləməyə imkan vermir. Bu barədə Avropa.info-ya ləğv olunan Dövlət agentliyinin işçiləri məlumat verib. İşdən çıxan N. İsmayılov işçilərə qeyri-qanuni olaraq göstərişlər verir və onun icrasını tələb edir. "Ona deyəndə ki, artıq siz bu vəzifəni daşımadığınızdan hər hansı göstəriş verə biməzsiz, cavabında deyir ki, mən nazirlə (burada ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayev nəzərdə tutulur-red) görüşüb, məsələni müzakirə etmişəm. Lakin, bizə məlumdur ki, o cənab nazirlə görüşməyib. Qeyri-qanuni olaraq işçilərə əmrlər verir" -deyə əməkdaşlar qeyd edirlər. Əməkdaşların dediyinə görə, N.İsmayılov ləğv olunan qurum əvəzinə Geodeziya və Kartoqrafiya MMC yaradılacağını və bu idarəyə özünün rəhbərlik edəcəyini bildirir: "Artıq yeni yaradılacaq MMC-nin Nizamnaməsinin də hazır olduğunu deyir. N. İsmayılov bir az da qabağa gedərək xəyali yaradılan yeni qurum üçün ştat cədvəli müəyyən edərək, oradakı vəzifələrə, ştatalara təyinatlar həyata keçirib. N.İsmayılov işçilərlə söhbətdə deyib ki, yeni yaradılacaq qurumda ciddi ixtisarlar aparılacaq və hazırda çalışan 400-dən artıq işçinin təqribən yarısı işdən azad ediləcək". İşçilər deyib ki, bu barədə ETSN-dən heç bir bilgi yoxdur. Ləğv olunaraq ETSN mərkəzi icra aparıtına tabe edilən strukturların rəhbərləri nazirlə görüşmək istəsə də, N.İsmayılov onların nazirlə görüşünə imkan vermir: "Hətta əməkdaşları hədələyir. Yaranmış bu qeyri-müəyyənlik isə işçilər arasında ciddi gərginliyə səbəb olub. Onlar sabahkı talelərinin necə olacağını bilmir". İşçilər hesab edir ki, yaranmış durumdan nazirin və ETSN rəhbərliyinin xəbəri yoxdur: "Bütün bu olayların başında N. İsmayılov durur. Odur ki, işçilər yaranmış durumu ictimailəşdirməklə məsələni ETSN rəhbərliyinin diqqətinə çatdırmağı düşünürlər. Onlar artıq Nazim İsmayılovun qeyri-qanunu hərkətlərinə dözmək niyyətləri yoxdur". Onu da qeyd edək ki, Nazim İsmayılov Dövlət Geodeziya və Kartoqrafiya Dövlət Agentliyinə 2018-ci ilin oktyabrında təyin olunub. Bu təyinatadək isə nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb. İşçilər deyir ki, N.İsmayılov indi bütün əlaqələrindən istifadə edərək, ləğv edilən qurumu yeni ad altında fəaliyyətinə nail olub, rəhbərliyində təmsil olnmaq istəyir: "İşçilər isə onun yenidən onlara rəhbər olmasını istəmir. N.İsmayılov bu sahədə uzun müddət çalışmasına baxmayaraq, peşəkar bir mütəxəssis deyil və iş prosesini lazımi səviyyədə bilmir". Avropa.info

Oxşar yazılar