Nadir Axundov münsiflər heyətindən çıxarıldı – Onu İlham Rəhimli əvəz edəcək

  • 12:36 - 31 Yanvar

Artıq iki gündür ki, VII-ci Televiziya Muğam Müsabiqəsinin seçim turuna start verilib. 

Avropa.info bildirir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn layihənin münsiflər heyətində dəyişiklik olunub.

 Belə ki, AzTV-nin Musiqi Verilişləri Departamentinin rəhbəri Nadir Axundov münsiflər heyətinin tərkibindən çıxarılıb. Onu münsiflər heyətində sənətşünaslıq doktoru, professor İlham Rəhimli əvəz edəcək. Bundan əlavə, xalq artisti Mələkxanım Əyyubova da münsiflər heyətində təmsil olunacaq. 

Qeyd edək ki, Nadir Axundov yaşla əlaqədar olaraq AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri vəzifəsindən azad edilib.


Oxunma sayı: 12716

Oxşar yazılar