Rostovda "Bomba həyəcanı" – 39 məktəbdə dərslər təxirə saldı

  • 30 Yan - 2019
Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində məktəblərin minalaması xəbəri ilə bağlı 39 məktəbdə dərslər təxirə salınıb. Avropa.info xəbər verir ki, məktəblərdə müəllim və şagirdlər təxliyyə edilib. “Bu gün səhər məktəblərin minalanması barədə məlumatlar daxil olmağa başlayıb. Hüquq-mühafizə orqanları ilə müzakirələrdən sonra şəhərdəki bütün 39 məktəbin evakuasiya olunması barədə qərar verildi və dərslər təxirə salındı”, - Şaxta şəhər administrasiyasının təmsilçisi deyib. Onun sözlərinə görə, yuxarı sinif şagirdləri evə buraxılsa da, aşağı sinif şagirdləri təhlükəsiz əraziyə, İdman və teatr binasına aparılıb və oradan valideynlərinə təhvil verilib. Məktəblərə mianaxtaran itlər cəlb edilib. Avropa.info

Oxunma sayı: 1199

Oxşar yazılar