Malayziyanın baş naziri İsraili cinayətkar dövlət adlandırdı

  • 12:17 - 29 Yanvar

"İsrail cinayətkar dövlətdir və layiqli cəzasını almalıdır". 

Avropa.info xəbər verir ki, bunu Malayziyanın baş naziri Maxatxir Mohammad öz şəxsi bloqunda, Malayziya hökumətinin İsrailin paralimpiya yığma komandasının üzgüçülük üzrə dünya çempionatına gəlişinə razılıq verməməsi barədə qərarını şərh edərkən qeyd edib. 

“İsrail bir ovuc Fləstin torpağındakı təpəliklərdə referendum keçirmədən yaradılıb. Fələstinlilər öz torpaqlarından hər hansı bir kompensasiya verilmədən vətənlərindən qovularaq, hər şeydən məhrum olublar", - o deyib. Baş nazir qeyd edib ki, bütün dünya İsrailin Fələstinə təzyiq etməsinə şahiddir. “Amma kimlər ki, daha çox qanunun aliliyindən danışır, onlar İsraili hətta tənqid belə etmirlər”,  – baş nazir qeyd edib. 

Baş nazir vurğulayıb ki, kim İsraili tənqid edirsə, ona antisemit deyirlər: “Malayziya antisemit dövlət deyil, çünki ərəblər də semitlərə aiddir. Bizim qeyri-insani və qeyri-əxlaqi hərəkətləri tənqid etmək hüququmuz var”. 

Avropa.info


Oxunma sayı: 7964

Oxşar yazılar