Son dəqiqə: İstanbulda fabrik yanır

  • 14:44 - 28 Yanvar

Türkiyənin İstanbul şəhərində spirtli içkilər istehsal edən fabriki yanır. 

Avropa.info xəbər verir ki, hadisə şəhərin Güngören rayonunda qeydə alınıb. 

Yanğının qarşısının alınması üçün hadisə yerinə xilasedicilər, eləcə də təcili yardım briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri məlum deyil. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib. 

Avropa.info


Oxunma sayı: 7986

Oxşar yazılar