Əlcəzairdə 100-dən çox insan prezident seçkilərində namizəd olmaq niyyətindədir

  • 19:45 - 27 Yanvar
Əlcəzairdə 100-dən çox insan DİN-nə prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək niyyəti barədə ərizə verib. Cari ilin aprel ayında nəzərdə tutulan seçkilərdə namizədliyini irəli sürmək niyyəti ilə bağlı DİN-ə 101 məktub daxil olub.
Potensial namizədlərə imzaların toplanması üçün xüsusi formalar verilib. DİN qeyd edir ki, müraciət edənlərin 13-ü siyasi partiyaların liderləridir, digər 88 nəfər isə müstəqil namizədlərdir.

Oxunma sayı: 4444

Oxşar yazılar