Meksikada boru kəmərində partlayış: ölənlərin sayı 114-ə çatdı

  • 13:48 - 27 Yanvar
Meksikada boru kəmərində baş verən partlayış nəticəsində həlak olanların sayı 114-ə çatıb. Daha öncə 109 nəfərin öldüyü bildirilirdi. Bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, paytaxt xəstəxanalarında daha 33 nəfər qalır, xəsarət alanlardan 3-ü Texasda müalicə alır. Son məlumatlara əsasən, yanıqların yetirdiyi zədələrdən 46 nəfər dünyasını dəyişib. Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda icazəsiz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.

Oxunma sayı: 3938

Oxşar yazılar