Rusiyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb - Qəza anının videosu

  • 10:52 - 27 Yanvar
Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarə eniş zamanı qəzaya uğrayıb. Təyyarənin qəza anının görüntüləri yayılıb. Avropa.info xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən "Tu-22M3" tipli təyyarə sərt eniş edib. Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. https://www.youtube.com/watch?v=_wpOkUUCoZ8

Oxunma sayı: 6666

Oxşar yazılar