Pompeo: ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaqda qərarlıdır

  • 15:35 - 27 Yanvar
ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, ABŞ Əfqanıstanda sülhün əldə olunmasında və qoşunların bu ölkədən çıxarılmasında ciddi şəkildə qərarlıdır. O, bunu öz "Twitter" mikrobloqunda yazıb. "ABŞ sülhün əldə olunması, Əfqanıstanın beynəlxalq terrorçuluq meydanına çevrilməsi vəziyyətinin aradan qaldırılması və silahlı qüvvələrin evlərinə geri qayıtmasında ciddi şəkildə qərarlıdır", - deyə o bildirib. Dövlət katibi əlavə edib ki, ABŞ Əfqanıstanın süverenlik və müsətəqilliyinin möhkəmləndirilməsinə can atır.         report

Oxunma sayı: 4455

Oxşar yazılar