
Müğənnidən nazirliyə müraciət: “Bayağı ifaçılar toyuq hinlərində oxusun”
- 13:21 - 25 Yanvar
"Bilmirəm kimə müraciət edim. Televiziyaya müraciət etməyin mənası yoxdur, çünki onların qazancı elə bu "debillər"dəndir. Mədəniyyət Nazirliyinə müraciət edirəm. Xahiş edirəm, bu ifaçılara bayağı mahnıları oxumağa qadağan edin. Qoyun toyuq hinlərində oxusunlar, amma efirə buraxmayın. Böyüyən uşaqlar bunu görür. Bunun qarşısını almaq lazımdır".