Venesueladakı dövlət çevirilişi cəhdinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən idarə edildiyi üzə çıxdı: Trampın qərarı, bir andaca paylaşılan milyonlarla mesaj və daha nələr...

  • 14:57 - 24 Yanvar
Venesuelanın xalq tərəfindən seçilmiş qanuni prezidenti Nikolas Maduronu dövlət çevrilişi ilə devirmək istəyən ABŞ prezidenti Donald Trampa Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) tam dəstək gəlib. Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, MKİ sosial media hesabları üzərindən qısa müddətdə milyonlarla paylaşmaları təşkil edərək, müxalifət tərəfdarı olan mitinqçilərin küçələrə tökülməsi təxribatını həyata keçirib. ABŞ prezidenti Donald Trampın qəflətən Venesuelanın "müvəqqəti prezidenti" olaraq Xuan Guaidoyu tanımasının ardından Maduro əleyhdarı olan nümayişçilərin meydanlara toplaşması və qanuni hökumətin tanımaması üçün sosial mediada qısa müddətdə milyonlarla paylaşım edilib. Tvitter və Facebook üzərindən vahid bir mərkəzdən idarə edilərək yayılan mesajlar Youtube, İnstaqram da yayılıb. Facebook və İnstagramda prezident Maduronun hesablarındakı prezident döş nişanının  qaldırmasının ardından Vikipediya, müvəqqəti Venesuela "prezidenti" olaraq müxalifət lideri Xuan Guaidonu göstərib. Türkiyədə sosial, mətbuat-cəmiyyət əlaqələri ilə bağlı yazdığı kitablarla tanınan və bu sahənin ən önəmli şəxslərindən biri olan Dr. Levent Eraslan 2019-cu ildə ABŞ-ın milli kəşfiyyat strategiyasında Venesuela müdaxiləsi ilə bağlı mühüm işarələrin olduğunu vurğulayıb. Rəqəmsal dünyanın imkanlarının artıq kəşfiyyat dünyasının ən mühüm məlumat mənbəyi halına gəldiyini bildirən Eraslan, ABŞ kəşfiyyatının 2019-cu  il üçün hesabatında Venesuelaya xüsusi diqqətin ayrıldığını bildirir. "ABŞ-ın hesabatında sosial media üzərindən siyasi qeyri-sabitlik fonunun yaradılması və xalqın qərarına bunun təsirinin böyük olduğu vurğulanmışdı. İndi Venesuelada xalqı meydanlara çağırır və seçilmiş prezidenti devirmək çağırışı edilir. Tvitter, Youtube, Facebook kimi sosial media şəbəkələri üzərindən aparılan manipulyasiyalar ilə üsyan başlama və bu prosesi qanlı bir vəziyyətə gətirmə səyləri edilir. Bütün bunları ABŞ-da mövcud olan 6 müxtəlif kəşfiyyat qurumu edir" - Dr. Levent Eraslan belə deyir. Avropa.info  

Oxunma sayı: 12595

Oxşar yazılar