Keçmiş məhkumun evindən 1,2 kq heroin tapıldı

  • 12:39 - 24 Yanvar
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Avropa.info-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Oxunma sayı: 9207

Oxşar yazılar