"Barselona" "Ayaks"ın futbolçusunu 75 milyon avroya transfer edib

  • 23:12 - 23 Yanvar
Amsterdamın "Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək. Bu barədə "göy-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəliblər. Futbolçu iyulun 1-dən "Barselona"nın üzvü olacaq. Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyununçu uğurlu çıxış edəcəyi təqdirdə "Ayaks" əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq "Barselona" ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.           report

Oxunma sayı: 9768

Oxşar yazılar