Ermənistanda sabiq baş nazir izahat üçün İstintaq Komitəsinə çağırıldı

  • 19:01 - 23 Yanvar
Ermənistanın sabiq baş naziri Ovik Abramyan İstintaq Komitəsinə dəvət olunub və izahat verib. Bu barədə məlumat Ermənistanın İstintaq Komitəsi tərəfindən təsdiqlənib. Sabiq baş nazir Razdan meşə fondunun özəlləşdirilməsi zamanı ortaya çıxan korrupsiya faktları ilə əlaqədar açılmış cinayət işi çərçivəsində izahat verib. O.Abramyandan başqa, İstintaq Komitəsinə "Armles" dövlət qeyri-kommersiya təşkilatının keçmiş direktoru Martun Matevosyan da çağırılıb.       report

Oxunma sayı: 6633

Oxşar yazılar