Avropa çempionatında millimizin rəqibləri məlum oldu

  • 20:55 - 23 Yanvar
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Türkiyənin İstanbul şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub. Püşkə əsasən, yığma Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya kollektivləri ilə birgə C qrupunda yer alıb. Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Oxunma sayı: 6974

Oxşar yazılar