Emin Ağalarov: "Oxudum ki, mən ya Rusiya, ya da Azərbaycanın casusuyam..."

  • 14:57 - 23 Yanvar
Azərbaycanlı müğənni, Crocus Group şirkətinin vitse-prezidenti Emin Ağalarov konsertinə satılan biletlərin pulunu qaytaracaq. Avropa.info xəbər verir ki, ABŞ və Kanadaya qastrol səfəri təxirə salınan müğənni Emin Ağalarov qısa zamanda konsertini başqa bir zamana keçirə bilməzsə, amerikalı pərsətişkarlarına satılan biletlərin pulunu qaytaracağını bəyan edib. Konsertinin təxirə salınmasının səbəbləri barədə Emin Ağalarov özünün “Tvitter” səhifəsində məlumat yayıb. E.Ağalarov konsertin təxirə salınmasını özündən asılı olmayan səbələr üzündən təxirə salındığını bildirib. Qeyd edək ki, Emin Ağalarovun yanvarın 26-dan etibarən ABŞ və Kanadada konsert proqramları nəzərdə tutulurdu. Lakin xüsusi prokuror Robert Müllerin araşdırmaları nəticəsində Emin Ağalarov qastrol səfərini təxirə salıb. “Bu səbəbdən də ABŞ hökuməti onun təhlükəsizliyini təmin edə bilməyiblər. Çünki Ağalarovların Donald Trampla biznes əlaqələri olub və onlarla xüsusi prokuror Robert Müller maraqlanıb”, - Ağalarovun vəkili bildirib. Ağalarovun vəkili Skott Balber NBC-yə açılamasında deyib ki, ABŞ-ın xüsusi prokuroru Robert Müller “Rusiya işi” ilə əlaqədar olaraq müğənni Emin Ağalarovu dindirmək barədə sorğu göndərib. Emin Ağalarov da səfərini təxirə salınmasını “Rossiya-24” telekanalına açıqlamasında belə izah edib: “Sonuncu məqalədə oxudum ki, mən ya Rusiya, ya da Azərbaycanın casusuyam... Mənim nə işlə məşğul olduğumu bilərk belə demək, doğrudan da gülməlidir. Çox təəssüfki, belə alındı. Birincisi ona görə ki, insanlar 6 ay öncədən bilet alıb, konserti gözləyiblər. Mən onları pis vəziyyətdə qoydum. Təbii ki, bunun maliyyə öhdəçiliyini öz üzərimə götürürəm. Konsrtin vaxtını dəyişmək və konserti tamamilə ləğv edəcəyim təqdirdə bütün pulları geri qaytaracağam”. Xatırladaq ki, Amerika prezident seçkilərində uduzan Hillari Klintonu dəstəkləmiş Demokratik Partiya yönümlü ABŞ mətbuatı bir ildir D. Trampa qarşı kampaniya aparır və onu Moskva ilə əlaqələrdə şübhəli bilir. “The İndependent” iddia edir ki, iş adamı, onun britaniyalı prodüseri Rob Qoldsteyn 3 il öncə Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında Nyu-Yorkda görüşün təşkil olunmasında mühüm rol oynayıb. CNN-nin verdiyi xəbərə görə, E.Ağalarovla xüsusi prokuror Robert Müllerlə razılığa gələ bimədiyindən səfər təxirə salıb. R.Müllerin ofisindən məsələyə aydınlıq gətirməkdən imtina edib. E.Ağalarovun vəkili Skott Balber CNN-ə açıqlamasında deyib ki, Müllerlə aparılan danışıqlar ötən həftənin sonunda dalana dirənib. “Ağalarovun ABŞ-a səfərinin təxirə salınması barədə qəarar yanvarın 21-də verilib. Mən xüsusi prokurorun ofisi və Konqressin komitəsi ilə dialoqun təşkil olunmasına cəhd etdim. Lakin bütün cəhdlərə baxmayaraq, bizim şərtlərimzi əsasında razılaşma əldə olunmadı”,- vəkil  vurğulayıb. Daha əvvəl müğənninin vəkili bildirmişdi ki, ABŞ-ın “Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller Emin Ağalarovun dindirilməsi ilə bağlı sorğu göndərib. Avropa.info

Oxunma sayı: 10868

Oxşar yazılar