Afrində partlayış: 3 ölü, 9 yaralı

  • 13:24 - 23 Yanvar
Afrin şəhərində növbəti partlayış törədilib. Avropa.info xəbər verir ki, bir il bundan öncə Türkiyənin “Zeytin budağı” əməliyyatı nəticəsində terrorçulardan azad edib, nəzarət altında olan Suriyanın şimalındakı Afrin şəhərində son 4 gün ərzində ikinci partlayış törədilib. Hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib. Partlayış Ahrar Şarkiyyə bazasının yanında olub. İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisənin digər təfərrüatı barədə məlumat verilmir. Avropa.info

Oxunma sayı: 8701

Oxşar yazılar