Argentinalı futbolçunun olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb

  • 18:47 - 22 Yanvar
Göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb. Avropa.info xəbər verir ki, yanvarın 21-i axşam saatlarından başlayan axtarış-xilasetmə əməliyyatı hələlik heç bir nəticə verməyib. Hazırda xilasedicilər təyyarənin axtarışını davam etdirirlər. Futbolçu yüngül mühərrikli “Piper Malibu” təyyarəsi ilə Fransadan Böyük Britaniyaya uçurdu. Təyyarədə Emiliano Saladan başqa daha bir nəfərin olduğu bildirilir. Qeyd edək ki, ötən həftə 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin qiyməti 15 milyon funt sterlinq məbləğindədir.

Oxunma sayı: 7942

Oxşar yazılar