KİV: "Barselona" tanınmış hücumçunu icarəyə götürür

  • 20:20 - 21 Yanvar
İspaniyanın “Barselona” klubu İtaliya “Sassuolo”sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürəcək. Bu barədə italiyalı jurnalist Canluka Di Martsio şəxsi saytında yazıb. O, bildirib ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib. Müqavilədə “Barselona”nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verəcək bənd də yer alacaq. Qeyd edək ki, Boatenq karyerası ərzində İtaliyanın “Milan”, Almaniyanın “Herta”, “Ayntraxt”, Dortmund “Borussiya”sı, İngiltərənin “Tottenhem” və İspaniyanın “Las Palmas” komandalarında çıxış edib. O, cari mövsümdə A seriyasında 4 qol vurub və1 məhsuldar ötürmə verib.       report

Oxunma sayı: 9647

Oxşar yazılar