London derbisindən "Arsenal" qalib ayrılıb

  • 16:55 - 20 Yanvar
Yanvarın 19-da İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi qarşılaşması oynanılıb. Avropa.info verir ki, "Arsenal" "Emirates" stadionunda "Çelsi" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"ın heyətində Aleksandr Lakazet (14) və Loran Kesyelini (39) fərqləniblər. Bu qələbə sayəsində "Arsenal" xallarını 44-ə çatdıraraq beşinci yerdəki yerini möhkəmlədib. "Çelsi" isə 47 xalla dördüncü yerdə qərarlaşıb. Növbəti turda yanvarın 29-da "Arsenal" doğma azarkeşlər önündə "Kardif Siti"ni qəbul edəcək, "Çelsi" isə səfərdə "Bormunt" komandasının qonağı olacaq. Qeyd edək ki, 23-cü tura yanvarın 20-də "Haddersfild" - "Mançester Siti" və "Fulhem" - "Tottenhem" oyunları ilə yekun vurulacaq.

Oxunma sayı: 12650

Oxşar yazılar