Səudiyyə Ərəbistanı bu ölkədə neft emalı və neft-kimya zavodları tikməyi planlaşdırır

  • 20:55 - 18 Yanvar
Səudiyyə Ərəbistanı Cənubi Afrika Respublikasında (CAR) neft emalı və neft-kimya zavodları tikməyi planlaşdırır. Avropa.info xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Cənubi Afrika Respublikasının energetika naziri Ceff Radebe ilə görüşündən sonra bəyan edib. Səudiyyə Ərəbistanı nazirinin sözlərinə görə, bu layihələrin həyata keçirilməsinə 10 milyard dollar sərmayə qoyulacaq. CAR-da tikiləcək neft emalı zavodunda Səudiyyə Ərəbistanından nəql olunacaq xam neft emal ediləcək. Bununla yanaşı, Xalid Əbdüləziz Əl Falih qeyd edib ki, onun ölkəsi CAR-da yerləşən neft anbarlarından da istifadə etməkdə maraqlıdır.

Oxunma sayı: 9999

Oxşar yazılar