Daha 2 erməni hərbçisi minaya düşdü

  • 15:13 - 17 Yanvar
Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir. Avropa.info bildirir ki, Trend erməni KİV-lərinə istinadən məlumat verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: "Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır". Qeyd edək ki, yanvarın 16-da erməni mətbuati Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.

Oxunma sayı: 175428

Oxşar yazılar