Türkiyədə qar: Tüncelidə yağan qarın hündürlüyü 3 metrə çatdı – Fotolar

  • 12:06 - 15 Yanvar
Türkiyənin Tunceli vilayətinə davamsız yağan qar həyatı iflic vəziyyətinə salıb. Avropa.info xəbər verir ki, bəzi yerlərdə qarın hündürlüyü 2 metrə çatır. Tuncelinin Ovacık qəsəbəsinə yağan qarın hündürlüyü isə 3 metrə yaxınlaşıb. Həddən artıq qar yağması nəticəsində evlər, məktəblər və binalar görünməz hala düşüb. Gecələr isə həddən artıq şaxta olur. Havanın temperaturu gecələr mənfi 30 dərəcəyədək enir. Avropa.info

Oxunma sayı: 174977

Oxşar yazılar