Azərbaycanda 3 qat Avropa çempionuna vəzifə verildi (FOTO)

  • 22:05 - 14 Yanvar
3 qat Avropa çempionu olan azərbaycanlı idmançıya vəzifə verilib. Uşu-Sanda üzrə Avropa çempionu Elçin Eminov Azərbaycan Uşu Federasiyasının təşkilatı məsələlər üzrə şöbəsinin müdiri təyin edilib.
Bu barədə Federasiya prezidenti Azər Həsənsoy əmr imzalayıb. Xatırladaq ki, Elçin Eminov Uşu-Sanda idman növü üzrə 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medal sahibi və Prezident mükafatçısıdır.

Oxunma sayı: 7271

Oxşar yazılar