Azərbaycan çempionatında oyun baş tutmadı – Rəhbərliyin istefası tələb edilir

  • 13:40 - 14 Yanvar
Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. "80-lər" və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər. Avropa.info xəbər verir ki, bu barədə məlumatı qafqazinfo-ya basketbol millimizin üzvlərindən biri verib. O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün basketbolçularla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.

Oxunma sayı: 9009

Oxşar yazılar