
"Qarabağ" Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb
- 19:20 - 12 Yanvar
*** 13:09 Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Qarabağ"ın düşərgəsinə qoşulub. Bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov şəxsi "İnstagram" hesabı vasitəsilə məlumat verib. O, 29 yaşlı yarımmüdafiəçi ilə fotosunu paylaşıb. A.Əsgərov "O, geri döndü. Xoş gəlmisən, Riçard" yazıb. Qeyd edək ki, Riçard Almeyda 2017/18 mövsümünün sonunda "Qarabağ"ı tərk edərək Qazaxıstan "Astana"sına keçib.