Sabirabad və Kürdəmirdə qanunsuz silah-sursat götürülüb

  • 18:27 - 12 Yanvar
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb. Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfənglərii götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.

Oxunma sayı: 14201

Oxşar yazılar