Yaponiya Milli Olimpiya Komitəsinin sədri ona qarşı irəli sürülən ittihamları rədd edib

  • 23:18 - 11 Yanvar
Yaponiya Milli Olimpiya Komitəsinin sədri Tsunekazu Takeda Fransa KİV-lərində ona qarşı irəli sürülən ittihamları rədd edib. Avropa.info xəbər verir ki, bu barədə T.Takedanın yanvarın 11-də dərc etdiyi bəyanatda deyilir. Qeyd edilir ki, 2018-ci ilin dekabrında o, fransız təhqiqatçıların suallarını cavablandırıb, lakin ona qarşı heç bir ittiham irəli sürülməyib. O, həmçinin ünvanına yönələn ittihamları “ağlasığmaz” adlandırıb. Xatırladaq ki, bu ərəfədə Fransanın “Le monde” qəzeti fransız təhqiqatçıların Yaponiya Milli Olimpiya Komitəsinin sədri Tsunekazu Takedaya qarşı korrupsiya ittihamı irəli sürməsi barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, ittiham Paris müstəntiqləri tərəfindən 2020-ci il Olimpiya Oyunlarının keçiriləcəyi paytaxtın seçkiləri zamanı korrupsiya işi ilə əlaqədar dekabrın 10-da irəli sürülüb.

Oxunma sayı: 7865

Oxşar yazılar