Bakıda xanım jurnalistin evi yarıldı – Fotolar

  • 11:01 - 09 Yanvar
“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox aparacaq qədər sakit bir ölkədə yaşayıram”. Avropa.info-nun məlumatına görə, bunu sosial şəbəkədəki hesabında evindən oğurluq edildiyini yazan journalist, “Araz” FM-in aparıcısı Aygün Akif deyib. A.Akif polisin hadisə yerinə çağırışdan 4 saat sonra gəldiyini bildirib: “Polis və əməliyyatçılar gözləyir ki, evə girən vicdansız evdə olanların başını kəssin, işlərini görsün sonra hadisə yerinə gəlsinlər. 102 xidməti nə üçün yaradılıb?! Darda olan insanların köməyinə 4 saat sonra çatmağa?! Bəs bizim polisimiz bizim güvən yerimiz idi?! Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Çox “rahat, “hüzurlu” yatırıq”. Sabaha sağ çıxmağa ümidinin olmadığını deyən aparıcı “səsimiz gəlməsə bilin ki, bizi öldürüblər. Bunu dözə bilməyib paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq. Sabah səsimiz gəlməsə bilin ki, bizi öldürüblər”,- deyə bildirib.

Oxunma sayı: 10329

Oxşar yazılar