Samyuel Eto’O: “Qaradərili məşqçilərə etibar etmirlər, bizə ikinci növ adamlar kimi baxırlar”

  • 22:05 - 08 Yanvar
Kamerunlu futbolçu Samyuel Eto’O onu “Mən meymun deyiləm” filmində çəkilməyə sövq etmiş səbəblər barədə danışıb. Avropa.info xəbər verir ki, “Sport” nəşri Samyuel Eto’Onun aşağıdakı sözlərini sitat gətirib: “Mən Avropada oyunçu kimi qalib gəlmişəm və bunu məşqçi kimi də etməliyəm. Bəzi qaradərili futbolçular məşqçi olmur, amma afrikalı məşqçilər var. Məsələ burasındadır ki, onlara başqa mütəxəssislər kimi etibar etmirlər. Qaradərili məşqçilərə etibar etmirlər, bizə ikinci növ adamlar kimi baxırlar”. “Mən meymun deyiləm” filmində Avropa futbolunda irqçilik məsələsindən bəhs edilir. Filmdə Samyuel Eto’O ilə yanaşı Samyuel Umtiti, Patrik Vieyra və Mario Balotelli də çəkilib.

Oxunma sayı: 9713

Oxşar yazılar