Komitə sədri idman federasiyalarına vəsaitin artırılmasınıtəklif etdi

  • 07 Noy - 2018
Komitə sədri idman federasiyalarına büdcədən ayrılan vəsaitin həcminin atırılmasını təklif edib. Avropa.info xəbər verir ki, bu təkliflə gənclər və idman komitəsinin sədri Ülvii Quliyev büdcə layihəsinin müzakirəsi zamanı çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən federasiyalardan çoxlu müraciətlər daxil olur: “Demək olar ki, hər gün bu yöndə müraciətlər edilir. Onlar həmin federasiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, həmçinin, ayrılan vəsaitlərin artırılması xahişi ilə çıxış edirlər. Çünki onlar Azərbaycanı həm də xaricdə təmsil edirlər, bu səbədən də, maliyyəyə, xüsusilə, xarici valyutaya ehtiyac duyurlar”. Komitə sədri bildirib ki, bu gün Azərbaycanda, ümumiyyətlə, 81 idman federasiyası fəaliyyət göstərir:“Onlardan 30-u olimpiya, 51-i isə qeyri-olimpiya yönümlüdür. Ona görə də hesab edirik ki, idman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait nərərdə tutulmalıdır. Buna ciddi ehtiyac var”. Mürtəza Avropa.info

Oxunma sayı: 429

Oxşar yazılar